MARKETİNQ

11 May

\"Google\" ilk qatlana bilən smartfonunu təqdim etdi

"Google" ilk qatlana bilən smartfonunu, "Pixel Fold"u Kaliforniyada təqdim edib.

Fins.az TASS-a istinadən xəbər verir ki, cihazın başlanğıc qiyməti ABŞ-da 1799 dollardır.

Məlumata görə, smartfon açılan zaman ekran ölçüsü 7,6 düym, yeniləmə tezliyi 120 Hz-dir.

Smartfon 48 meqapiksellik əsas kamera, həmçinin 10,8 meqapiksellik iki kamera ilə təchiz olunub ki, onlardan biri beşqat optik zoom imkanlarına malikdir. Smartfon 12 GB RAM və iki fiziki yaddaş (256 və 512 GB) variantı ilə buraxılacaq.

"Pixel Fold" iki rəngdə olacaq - tünd boz və bej. Cihazın çəkisi 283 qramdır. Telefonun satışına isə iyun ayında başlanacaq.