MARKETİNQ

13 Aprel

Azərbaycanda “Samsung” planşeti neçəyə satılır? - SİYAHI - FOTO

Azərbaycanda fəaliyyət göstərən bəzi məişət texnikaları mağazalarında “Samsung Galaxy Tab A8 10.5 (2021)” planşeti müxtəlif qiymətlərlə satışa çıxarılıb.

Fins.az xəbər verir ki, “Samsung Galaxy Tab A8 10.5 (2021)” planşeti aprelin 13-nə təyin olan nəğd satış qiymətləri arasında ucuz “Maxi” şirkətindən, baha isə “Kontakt Home” və “İrşad Electronics” mağazalar şəbəkəsindən əldə etmək olar. Adıçəkilən mağazalar arasındakı qiymət fərqi 40.99 manat təşkil edir.

2022-ci ilin istehsalı olan “Samsung Galaxy Tab A8 10.5 (2021)” planşetinin ümumi xüsusiyyətlərinə görə prosessoru 2.0 GHz, prosessorlarının sayı 8, əməliyyat sistemi “Android 11”, operativ yaddaşı (RAM) 3 GB və 4 GB, yaddaşı 32 GB, 64 GB və 128 GB, həmçinin başqa üstünlüklərə malikdir.

Mağazalardakı qiymətləri aşağıdakı siyahıda ən ucuzdan bahaya doğru sıralanıb:

“Maxi”
Nəğd: Qiymət: 499 AZN

“Baku Electronics”
Nəğd: Qiymət: 539AZN

“Music Gallery”
Nəğd: Qiymət: 539.90 AZN

“Kontakt Home”
Nəğd: Qiymət: 539.99 AZN

“İrşad Electronics”
Nəğd: Qiymət 539.99 AZN

Fuad Mədətov
Sirac Qayıbov
Fins.az