MARKETİNQ

16 Mart

Microsoft, E3 sərgisində iştirak etməyəcəklərini açıqlayıb

Sony və Nintendodan sonra Microsoft da bu il fiziki olaraq keçiriləcək E3 2023 sərgisində iştirak etməyəcəklərini açıqlayıb. Pandemiya şərtlərinə görə iki ildir fiziki tədbir olaraq keçirilə bilməyən E3 bu il meydana dönür.

Fins.az CNN-ə istinadən bildirir ki, şirkət yalnız onlayn mərhələdə iştirak edəcək. 

Xüsusilə Microsoft və Sony kimi şirkətlər indi öz xüsusi tədbirləri təşkil etdikləri üçün bu sərgiyə əvvəlki kimi ehtiyac duymurlar. Microsoft bu həftə oyunlarla bağlı verdiyi açıqlamada, iyunun 11-də baş tutacaq Xbox Games Showcase-də edəcəyini xatırlatmağı da unutmayıb.

Zəminə Hüseyn
Fins.az