MARKETİNQ

16 Mart

Reddit canlı səsli söhbətləri bağlayacaq

Reddit Talk-u iki ildən az əvvəl COVID-19 pandemiyası zamanı işə saldı, lakin şirkətin maraq olmaması səbəbindən xüsusiyyəti ləğv edəcəyini açıqlayıb.

Bu barədə Fins.az CNN-ə istiandən xəbər verir.

Reddit hələ də səs xüsusiyyətlərini gələcəyinin bir hissəsi kimi görür, lakin digər prioritetlərə diqqət yetirmək üçün onları hələlik arxa plana keçirir.

"Audio daxil etməzdən əvvəl vacib işimiz var - tətbiqi sadələşdirmək və daha yaxşı alt kataloq infrastrukturu qurmaq." - deyə şirkət məsələyə izah verib.

Bununla belə, qeydlər dərhal silinməyəcək. Keçən il sentyabrın 1-dən sonra keçirilən bütün müzakirələri martın 21-dən yükləmək mümkün olacaq. Qeydlərin surətini almaq üçün iyunun 1-dək vaxtınız olacaq.

Zəminə Hüseyn
Fins.az