MARKETİNQ

13 Mart

\'\'Music Classical\'\' \'\'Apple Music\'\'-in bir hissəsinə çevrilir

Music Classical mövcud Apple Music abunəliyinin bir hissəsi kimi 28 martda əlçatan olacaq.

İstifadəçilər servisin tətbiqində bəstəkarların profillərini ziyarət edə, onların bioqrafiyaları ilə tanış ola və əsas musiqi əsərlərini dinləyə bilərlər. 

Bu barədə Fins.az CNN-ə istinadən xəbər verir.

Apple həmçinin klassik musiqi sorğuları üçün tətbiqin axtarış funksiyasını yenidən qurduğunu və tətbiqin 700-dən çox seçilmiş pleylist təklif edəcəyini söyləyir.

Yeni servisin tətbiqi  iOS 15.4 və ondan sonrakı bütün iOS versiyalar üçün aktiv olacaq. Tətbiqin Android versiyası daha sonra istifadəyə veriləcək. 

Zəminə Hüseyn
Fins.az