MARKETİNQ

13 Mart

Yeni ''iPad Pro''-ların qiymətləri ''MacBook'' modellərindən daha yüksək olacaq

Apple-ın 2024-cü il planlarına ''OLED'' displeyli yeni iPad Prolar daxildir. Lakin bu ''OLED'' ekran və digər yeniliklər istehlakçıya baha görünür.

Bu barədə Fins.az CNN-ə istinadən xəbər verir.

Cənubi Koreyanın ''The Elec'' nəşrinin xəbərinə görə, ''Apple'' öz qiymət strategiyasını dəyərləndirir. Təxminən yeni 11 düymlük iPad Pro 1500 dollar, 13 düymlük model isə 1800 dollardır.

Bu təxmini qiymətlər hazırda mövcud olan bəzi ''MacBook'' modellərindən bahadır. Məsələn, M2 prosessorlu MacBook Air 1199 dollara, M2 prosessorlu 13 düymlük MacBook Pro isə 1299 dollara satılır.

Zəminə Hüseyn
Fins.az