MARKETİNQ

10 Mart

Windows 12 yeni bir üslubda

Yayılan məlumata görə, Windows 12 yeni bir üsluba sahib olacaq.

“Microsoft”un 2025-ci ilin sonunda “Windows 12” adlı yeni əməliyyat sistemini buraxacağı ilə bağlı şayiələr uzun müddətdir ki, mövcuddur. TechRadar portalı yeni əməliyyat sistemi ilə gəlməsi gözlənilən xüsusiyyətləri sadalayıb.

Bu barədə Fins.az CNN-ə istinadən xəbər verir.

İlkin məlumata görə, Windows 12-yə Teams və Skype xidmətlərinin inteqrasiya olunacağı vahid proqram daxil olacaq. Həmçinin , əməliyyat sisteminə animasiyalı divar kağızları yeni variantları əlavə olunacaq. Digər tərəfdən, Windows 12 podkastların yaradılması və dərc edilməsi üçün daxili proqramlarla təchiz oluna bilər. 

Həmçinin, sızmalar smartfondan kompüterə sinxronizasiya imkanlarının mümkün genişləndirilməsindən bəhs edir. Smartfon və ya planşetinizi monitora qoşaraq masaüstü kompüterə çevirməyə imkan verəcək. Əlbəttə, bunlar hələlik şayiələrdir. 

Zəminə Hüseyn
Fins.az