MARKETİNQ

09 Mart

iPhone 14-dən yeni rəng seçimi

Keçən ilin sentyabrında təqdim edilən və o vaxtdan bəri smartfon sənayesində iz buraxan iPhone 14 indi yeni rəng seçimi ilə adından söz etdirəcək.Apple iPhone 14 alıcılarına şad xəbər verdi.

Fins.az CNN-ə istinadən bildirir ki, Apple yazda yeni rəng kimi "sarı" rəngi təqdim etməyi planlaşdırır. Ancaq keçən il olduğu kimi, yeni rəng variantının bu dəfə həm pro, həm də standart modellər üçün təklif edilmək əvəzinə, yalnız "iPhone 14 və iPhone 14 Plus" üçün olduğu iddia edildi.

Apple-ın rəngarəng iPhone modelləri keçmişdə xüsusilə gənc istifadəçiləri hədəf alan marketinq strategiyalarında mühüm rol oynayıb. Buna görə də sarı rəngin istifadəçilər arasında məşhur rəng variantı olacağı ehtimal edilir.

Zəminə Hüseyn
Fins.az