MARKETİNQ

03 Mart

“Aliexpress” Rusiyadan olan müştərilərə dron satışını qadağan etdi - FOTO

"Aliexpress" Rusiya müştərilərinə DJI və "Autel" dronlarının satışını əngəlləyib.

Fins.Az oxu.az-a istinadən xəbər verir ki, artıq satın alınan dronların isə funksiyaları məhdudlaşdırılıb.

Belə ki, istehsalçı şirkət Rusiya "AppStore" mağazasından pilotsuz uçuş aparatlarının idarə edilməsi proqramını silib.

Bütün şikayətlərə isə DJI belə cavab verir: "Üzr istəyirik, lakin biz rusiyalılara xidmət göstərmirik, həmçinin heç bir hərbi fəaliyyət üçün xidmətlərimizi təklif etmirik. Anlayışınız üçün təşəkkür edirik".