MARKETİNQ

25 Yanvar

Elxan Əhmədov: ““Prime Accessories” şirkəti milli brend olaraq fəaliyyət göstərir” – FOTO – MÜSAHİBƏ

“Prime Accessories” mağazalar şəbəkəsinin korporativ satış şöbəsinin rəhbəri Elxan Əhmədovun Fins.Az-a müsahibəsi.

- “Prime Accessories” şirkətinin inkişaf perspektivi haqqında məlumat verərdiniz. Şirkətin xüsusiyyətləri və xidmətləri nədir?

-“Prime Accessories” şirkəti 20 ildən artıqdır ki, topdan və pərakəndə şəkildə fəaliyyət göstərməkdədir. Şirkətimizin 19 filialı var. 2022-ci ilin sonlarında 19-cu filialımız “28 Mall” ticarət mərkəzində açıldı. Şəhərin istənilən bölgəsindən-Şüvəlandan Sumqayıta qədər filiallarımız fəaliyyət göstərir. Yəni ki, hər kəsə əl çatan yerdə və münasib qiymətdə məhsullarımız var. Şirkətimizin əsas xidmət sahəsi dünya brend məhsullarıdır. Hansı ki, 20-dən artıq dünya brendi ilə müqavilə imzalayaraq fəaliyyət göstəririk. Onlardan Yaponiya (“Citizen”), ABŞ (“Timex”), o cümlədən, Almaniya və İspaniya şirkətilərinin Azərbaycanda rəsmi distribütoru “Prime Accessories” şirkətidir. Bundan başqa, qardaş ölkə Türkiyənin zinət əşyaları brendi olan “Sette” şirkətinin və dəri məhsulları brendi olan “Guard” şirkətinin Azərbaycandakı rəsmi distribütoruyuq.

Qiymətlərimiz hər kəs üçün əl çatandır. Hədiyyə sektorunda Azərbaycanda rəqib tanımırıq. Çünki bu qədər çeşiddə, əl çatan qiymətdə olan məhsullarımızı nəzərə alsaq, rəqibimiz yoxdur deyərdim.

Xidmətlərimiz hədiyyə sektorudur: qol saatları, zinət əşyaları, dəri məhsulları və bir neçə aksesuarların satışı ilə məşğuluq.

- “Prime Accessories” mağazalar şəbəkəsində dünyanın tanınmış brendlərinin saatları və gümüş aksesuarlarının satışı ilə məşğul olursunuz. Milli brendlər yaradılmasına və onların həm yerli, həm də xarici ölkələrdə tanınması üçün nə kimi işlər görülür?

- Hazırda milli brendlərlə çalışmırıq, amma, bu barədə gələcək planlarımız və fikirlərimiz var. Qeyd etdiyim kimi, hal-hazırda dünya brendləri ilə müqavilə bağlayaraq, fəaliyyət göstəririk.

Ümumiyyətlə, “Prime Accessories” şirkəti milli brend olaraq fəaliyyət göstərməkdədir. Özəlliyimiz budur ki, şirkət dünya brendlərini özündə cəmləşdirib və bu sahədə vətəndaşlarımıza xidmət göstəririk.

- Xidmət göstərdiyiniz sahənin inkişaf perspektivləri ölkəmiz üçün nə vəd verir və bu sahədə sizin maddi və texniki olaraq hansı planlarınız var?

- Şirkət xalqa xidmət edir və xalqın sosial durumuna uyğun olaraq tariflər (15 manatdan başlayaraq, 3000 manata qədər) təyin olunur. Bu da istənilən sosial təbəqənin nəzərə alınmasıdır ki, onlara hədiyyə seçimində tam rahatlıq bəxş edirik.

Hal-hazırda Bakı şəhərindən başqa, Xırdalan və Sumqayıt şəhərlərində filiallarımız olsa da, gələcək planlarımız Azərbaycanın digər regionlarında da (Gəncə, Mingəçevir və digər böyük sənaye şəhərlərində) filiallarımızın açılması nəzər tutulub. Həmçinin planlarımız sırasında xarici ölkələrdə fəaliyyət göstərməyimiz də yer alır.

Bizdə istənilən zövqdə və qiymətdə məhsullar mövcuddur. Qiymət cədvəlimiz 19 filialın hamısında eynidir və kampaniyalar da bütün filiallarda eyni qaydada keçirilir.

- Dünya iqtisadiyyatında baş verən böhran xarakterli amilləri nəzərə alsaq, şirkətiniz baş verən böhrana nə kimi müsbət təsir göstərə bilər ki, bu, həm Azərbaycan üçün, həm də dünya bazarı üçün stimulverici olsun?

- Bildiyiniz kimi, pandemiya dövründə bir çox şirkətlər böhrana uğradı, bir neçəsi bağlandı, o cümlədən, şirkətlərin filialları azaldı və şirkətlərdə süni qiymət artımı baş verdi. Lakin bütün bunlara baxmayaraq, “Prime Accessories” şirkətində bu kimi neqativ hallara rast gəlinmədi, əksinə, tariflərimiz deyil, filiallarımızın sayını artırdıq. Xüsusilə, dövlətimizlə yanaşı, şirkətimiz də çalışmayan əməkdaşlarımıza yardımlar göstərirdi. Bu gün ayaqda qaldığımıza şükürlər olsun! Hazırda da inkişaf etməkdə davam edirik.

Qeyd etdiyim kimi, dünya bazarı üçün dünyanın istənilən ölkələri ilə (müqavilə şərtləriylə) əlaqə yaradırıq. Ölkəmizdə onların məhsullarının satışını təşkil edirik və bu da onlara müsbət təsir göstərir.

- Böyüməkdə və davamlı olaraq bir çox uğurlara imza atmaqda olan şirkətiniz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərməyi planlaşdırır?

- Təbii ki... İnşallah! Ölkənin bütün regionlarında filiallarımızı açmaq kimi planlarımız var. İşğaldan azad olunan ərazilərdə sosial-iqtisadi vəziyyət qaydasına düşdükcə, biz də istəyirik ki, oradakı biznesin inkişafında qatqımız olsun. İnşallah, bununla bağlı planlarımız olacaq.

- Şirkətinizin 2022-ci ilin yekun hesabatlarında nə kimi yeniliklər və irəliləyişlər oldu?

- 2022-ci ildə bir çox uğurlara imza atdıq. Bunlardan biri 19-cu filialımız olan “Guard Store” filialının açılması və Almaniyanın çox tanınmış saat markası olan “Zeppelin” şirkəti ilə müqavilə imzalanması oldu.

Ən önəmli hadisələrdən biri də odur ki, cənab prezident İlham Əliyevin qurduğu “Caspian Energy Club”un 2022-ci ildə üzvü seçildik. Həmin klubun təşkil etdiyi “Caspian Business Award” müsabiqəsində “Prime Accessories” şirkəti “İlin premium aksesuarlar mağazası şəbəkəsi” seçildi və bundan da çox böyük qürur duyuruq!

Sonda onu vurğulayım ki, “Prime Accessories” şirkəti hər kəsin zövqünə və cibinə uyğundur. Hədiyyə seçərkən “Prime Accessories”u tövsiyyə edirəm.

“Prime” dəyərli insanlar üçün!

Fuad Mədətov
Fins.Az