MARKETİNQ

14 Noyabr

"Trendyol" və "UNDP" arasında əməkdaşlıq

“Sabahın Kəndləri” layihəsi Türkiyə daxilində kəndlərə rəqəmsal transformasiya imkanı verməklə onların inkişafına dəstək verəcək.

Fins.az xəbər verir ki, "UNDP", Türkiyə kəndlərinin istehsal potensialını rəqəmsal texnologiyalarla artıracaq və kəndlərin inkişafına dəstək verəcək. Layihə çərçivəsində "Trendyol"un texnoloji səriştələrini və "BMTİP"in sahə təcrübəsini kəndlərə çatdırmaqla mədəni dəyərləri qoruyub saxlamaqla məşğulluğun artırılması, istehsalın gücləndirilməsi və kəndin inkişafına dəstək məqsədi daşıyır. Ağıllı əkinçilik təcrübələrinin müxtəlif modellərlə yayılması, kənd təsərrüfatı məhsuldarlığının artırılması, yerli məhsulun keyfiyyətinin yüksəldilməsi, xərclərin azaldılması və təbiətin qorunması layihənin məqsədlərindəndir. “Sabahın Kəndləri” layihəsi ilə beş il ərzində cəmi 10 kəndə çatdırılması hədəflənir.

© Facemark