MARKETİNQ

05 Noyabr

Samsung yeni reklam videosunda Apple şirkətini trolluyub

Samsung bəzən öz reklam videolarında iPhone-nun bu və ya digər mənfi özəlliklərini lağa qoyaraq Apple şirkətini trolluyur. Samsung-un tez-tez iPhone-nun hansısa özəlliklərini kopyalamasına baxmayaraq bu cür reklam videoları artıq ənənə halını alıb. Öz yeni reklam videosunda isə Samsung Galaxy smartfonlarının kameralarına və qatlana bilən mexanizmlərinə diqqət ayırıb. Yeni reklam videosunun baş qəhrəmanı hasar üzərində oturub və həmin hasar iPhone istifadəçiləri ilə Galaxy istifadəçilərini ayırır.

   iPhone istifadəçiləri hasar üzərində oturmuş şəxsi Samsung smartfonlarına keçid etməməyə çağırırlar. Baş qəhrəman isə öz növbəsində iPhone istifadəçilərinə Galaxy modellərinin yüksək keyfiyyətli kamerlarından və qatlana bilə gövdə mexanizmlərindən danışır. Buna cavab olaraq iPhone istifadəçiləri baş qəhrəmandan sözügedən özəlliklərin iPhone-larda reallaşdırılacağı zamanı gözləməsini xahiş edirlər. Yeni reklam videosunun “Time to get off the fence” şüarı istehlakçıların iPhone-dan istədikləri hər bir şeyin artıq Galaxy seriyasında mövcud olduğuna işarə edir və iPhone istifadəçilərinə innovasiyalı həllərin Apple məhsullarında reallaşdırılacağı zamanı gözləməməyi təklif edir.