MARKETİNQ

13 Avqust

Space X kosmosa reklam verəcək

İlon Maskın CEO-su olduğu “SpaceX” Kanadalı (Geometrik Enerji Korporasiyası) Geometric Energy Corporation startapı ilə birlikdə reklam yayımlamaq üçün kosmosa “CubeSat” peykini göndərəcək.

Facemark “Insider”ə istinadən xəbər verir ki, kvadrat peykin bir tərəfinə nəhəng pikselli ekran yerləşdiriləcək.

Bannerlər peyk tərəfindən çəkiləcək, “Twitch” və “YouTube”da yayımlanacaq. Reklamların qəbulunun alqı-satqısı hərrac vasitəsilə olacaq. Tokenləri, əvvəlcə, “Ethereum” kriptovalyutası ilə, gələcəkdə isə Dogecoin ilə almaq mümkün olacaq. Bir reklamın göstərilməsinin dəyəri ayda təxminən 1 milyon dollar nəzərdə tutulub.

Layihənin tərtibatçıları yeni reklam növünün böyük markaları cəlb edəcəyini proqnozlaşdırır.

Peykin hazırlanması üzrə işlər gedir, 2022-ci ildə buraxılması planlaşdırılır.