MARKETİNQ

12 Avqust

Çeburaşkanın 55 illiyi münasibətilə ətir hazırlanıb

Rusiyada məşhur cizgi filmi personajı olan Çeburaşkanın 55 illiyi qeyd olunacaq.

Bu münasibətlə xüsusi ətir hazırlanıb.

Onun təqdimatı avqustun 20-də baş tutacaq.

Həmçinin, həmin gün “Soyuzmultpark”ın media mərkəzində cizgi filmlərində çəkilmiş personajın orijinal kuklası nümayiş ediləcək.

Bununla yanaşı, mərkəzə bir ton portağal gətiriləcək. Belə ki, yazıçı Eduard Uspenskinin hekayəsinə görə, Çeburaşka məhz portağal qutusunda tapılıb.