MARKETİNQ

09 Avqust

“Amazon” peyvənd olunmuş işçilər arasında $500 min uduşu kampaniyasını keçirəcək

İT nəhəngi “Amazon” 1.3 milyon işçidən məcburi şəkildə peyvənd olunmağı tələb etməyib. Bunun əvəzinə şirkət onlar arasında böyük pul mükafatı, avtomobillər və səyahət biletləri lotereyasını keçirəcək.

Verilən məlumata görə, ümumi mükafat fondu 2 milyon dollardır.

Ümumilikdə, peyvənd olunanlara 18 mükafat veriləcək. İki qalib şəxs hər biri 500 min ABŞ dolları, altısı 100 min ABŞ dolları, beşi avtomobil və daha beşi səyahət bileti qazanacaq.

Qeyd edək ki, “delta” ştamının yayılması “Amazon” işçilərinə qarşı tələblərin sərtləşdirilməsinə səbəb olub. 2021-ci ilin mayından peyvənd olunmuş işçilərə maskasız gəzməyə icazə verilsə də, avqustun 9-dan COVID-19 statusundan asılı olmayaraq hər kəs maska taxmağa məcburdur.

© Banker