MARKETİNQ

30 İyul

Facebook istifadəçilərə sertifikatlı kurslar təqdim edir

Facebook “Coursera” ilə əməkdaşlıq çərçivəsində iş axtaranlar üçün 2 yeni kurs təqdim edəcək.

Sosial media marketinqi mövzusunda sertifikalaşdırma kurslarında müşahidə edilən müvəfəqiyyətdən sonra Facebook yeni layihəyə start verəcək. Layihənin əsas məqsədi iş axtaranlara texniki bacarıqlarını inkişaf etdirməyə və iş tapmağa kömək etməkdir.

Kurslar individual və 20 həftəlik olacaq. Layihə əsasında təməl vərdişlər öyrədiləcək və əsas rəhbərliyin idarəsi ilə yüksək səviyyəli təhsil proqramı təqdim ediləcək. Proqramı tamamlayan namizədlər sertifikatla mükafatlandırılacaq. Həmin namizədlərin CV-ləri Facebook-un iş konsorsiumu vasitəsilə Facebook Sertifikatlı Karyera Şəbəkəsinə çıxış əldə edəcək və 60-dan çox ən yaxşı şirkətlə əlaqə qura biləcək.