MARKETİNQ

30 İyul

“Sony” 10 milyon PS5 konsolu satıb

PS5 konsolları ən sürətli satılan konsol hesab olunur. "Sony" ümumilikdə 10 milyon PS5 konsolu satıb.

PS5 sürətli satılsa da, təchizatları məhduddur. Belə ki, qlobal çip çatışmazlığı səbəbindən konsol almaq prosesi çətin başa gəlir.

“PS5 əvvəlki konsollarımıza nəzərən daha çox ailəyə çatsa da, məhsula olan təlabat tədarükü üstələməyə davam edir, - bunu “Sony Interactive Entertainment (SIE) ”in prezidenti və baş direktoru Cim Rayen qeyd edib, - oyun sevərlərə bildirmək istəyirəm ki, dünya problemlərlə üzləşməyə davam etsə də, inventar səviyyələrinizi yaxşılaşdırmaq bizim üçün əsas prioritet olaraq qalacaq”.