MARKETİNQ

29 İyul

“Huawei” son 7 ildə ilk dəfə TOP-5-də deyil

Çinin “Huawei” şirkəti son 7 ildə ilk dəfə olaraq daxili bazarda ən iri smartfon tədarükçülərinin ilk 5-liyindən çıxıb.

Tədarük üzrə lider 18,2 milyon ədədlə "Vivo" olub.

Növbəti yerlərdə "Oppo" (16 milyon) və “Xiaomi” (12,6 milyon) qərarlaşıb. İlk beşliyi “Apple” (7,9 milyon) və “Honor” (6,9 milyon) tamamlayır.

Xatırladaq ki, 2019-cu ilin mayından “Huawei” ABŞ-ın qara siyahısındadır. Nəticədə şirkətin bu ölkədə istehsal edilən hissələrə və texnologiyalara yolu bağlıdır.