MARKETİNQ

28 İyul

Yeni “iPhone 14” necə olacaq?

"iPhone 14"ün ilkin versiyalarının metal hissələri paslanmaz polad əvəzinə titaniumdan istehsal olunacaq.

“JP Morgan Chase” holdinqinin hesabatına görə, “Apple” tərəfindən 2022-ci ildə bazara çıxarılacaq yeni cihazda qeyd olunan məqam ən böyük yenilik olacaq. Belə ki, titanium cızıqlara, əyilməyə, paslanmaya poladdan daha dayanıqlı olmaqla həm də daha yüngüldür.

Yeni smartfonun arxa hissəsi isə “MagSafe” simsiz adapterinin rəvan fəaliyyəti üçün şüşədən hazırlanacaq.