MARKETİNQ

15 İyul

Yaponiya uçan avtomobillərdən istifadəyə başlamağı planlaşdırır

Yaponiyanın ən böyük hava yolu şirkəti olan Japan Airlines 2025-ci ilə qədər uçan avtomobillərin kommersiya istifadəsinə başlamağı planlaşdırır.

İlkin mərhələdə hava limanı ilə turizm obyektləri arasında sərnişin daşınması xidmətinin Mie prefekturasında istifadəyə verilməsi planlaşdırılır.

Qəzetdə bildirilir ki, ölkənin ikinci ən böyük hava daşıyıcısı olan All Nippon Airways də 2025-ci ilədək bənzər bir xidmət yaratmaq imkanlarını araşdırır.