MARKETİNQ

21 İyun

“Burger King” sizin qəribə və əsəbpozucu hərəkətləriniz üçün darıxıb - VİDEO

Burger King Fransa 7 aydan sonra müştərilərin restoranlarına gəlməyini belə qeyd edib: “Sizin üçün çox darıxmışıq”.

“Bəziləri əsəbpozucu olsalar da, müştərilər istənilən biznesin döyünən ürəyidir və Burger King hamısını sevir”.

Şirkətin fikrincə burada müştəri kraldır və Burger King-in qapısı onlara hər zaman açıqdır. Fransa və Belçikadakı restoranların yenidən açılmasını qeyd edən reklam kampaniyasında şirkət müştərilərin qəribə davranışlarını vurğulayıb. Restoran şəbəkəsinin əsas məqsədi onların bu davranışlarına diqqət çəkib eyni zamanda onlar üçün darıxdıqlarını qeyd etməkdir.

Burger King-ə gəlib McDonald’s menyusu sifariş edənlər, qışqıran uşaqlar, 1 qəhvə ilə saatlarla restoranda oturanlar və sairə...

Kreativ agentlik “Buzzman” 30 saniyəlik “Miss You (Sizin üçün darıxırıq)” başlıqlı videonu 5 iyunda TV, sosial media və oflayn məkanlarda təqdim edib.

COVİD-19 səbəbilə bağlanan restoranın açılması nəinki müştərilər, eləcə də, işçilər üçün dəyərli və sevindirici haldır.