MARKETİNQ

18 İyun

\"Samsung\" şirkəti yeni smartfonların təqdimatına hazırlaşır

"Samsung Electronics" şirkəti avqust ayında qatlana bilən yeni Galaxy Z Fold3 və Galaxy Z Flip3 smartfonlarını təqdim edə bilər.

Bu barədə "Yonhap" agentliyi bildirib.

Təqdimatın "Galaxy Unpacked" onlayn tədbiri zamanı baş tutacağı, bundan sonra bu smartfonların seriya şəklində istehsalına başlanacağı qeyd edilib.

Yeni cihazların sələflərindən daha yüngül və ucuz olacağı gözlənilir.