MARKETİNQ

08 May

“Amazon”un rəhbəri 2,5 milyard dollarlıq şirkət səhmi satdı - Səbəb

“Amazon.com Inc.” şirkətinin qurucusu və icraçı direktoru Ceff Bezos bu həftə təxminən 2,48 milyard ABŞ dolları dəyərində şirkət səhmini satıb.

Fins.az “İnterfaks”a istinadən xəbər verir ki, Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) göndərilən sənədlərə görə, o, bazar ertəsi və çərşənbə axşamı təxminən 740 min “Amazon” səhmini satıb.

Qeyd edək ki, 2020-ci ildə Bezos 9 milyard ABŞ dollarından çox həcmdə şirkət səhmi satıb. O, hər il “Blue Origin” aerokosmik layihəsinə təxminən 1 milyard ABŞ dolları ayırır. Bezos 190 milyard ABŞ dollar sərvəti ilə dünyanın ən zəngin adamıdır.

“Amazon”un kapitallaşması bu ilin əvvəlindən, demək olar, dəyişməyərək 1,67 trilyon ABŞ dolları səviyyəsində qalıb, onun “StandardPoor's 500”də səhm indeksi isə bu dövrdə 11% artıb.