MARKETİNQ

05 Aprel

2015-ci ildə qurulan türk şirkətinin bazar dəyəri 2,6 milyard dollara çatdı

Getir xaricdə böyümək üçün reallaşdırılan ikinci maliyyələşmə mərhələsində 128 milyon dollar daha investisiya əldə edərək, dəyərini 850 milyon dollara çatdırmışdı.

2015-ci ildə qurulan yerli çatdırılma startapı, Sequoia Capital və Tiger Global tərəfindən idarə edilən maliyyələşmə mərhələsində 300 milyon dollar investisiya alıb. Bu maliyyələşmə mərhələsi ilə Getir-in bazar dəyəri 2,6 milyard dollar olub. Bu yenilik ilə Getir Türkiyənin yeni unicorn-u olub.

2 ayda 2 investisiya mərhələsi

2 ay ərzində iki mərhələ keçən Getir-də üçüncü mərhələnin liderliyini yeni investorlardan Silikon Vadisi-də yerləşən Sequoia Capital və mövcud fondlardan Nyu-Yorkun Tiger Global üstələyib. Daha öncəki mərhələdə iştirak edən 8 fonddan 7 dənəsi də bu son mərhələdə iştirak ediblər.

Getir-in təsisçisi Nazım Salur: “Dünyada ilk dəfə ortalam 10 dəqiqədə market məhsullarının çatdırılma modelini Getir ilə 2015-ci ildə başlatdıq. İş modelimizə olan sıx maraqdan dolayı keçdiyimiz mərhələnin üzərindən hələ 2 ay keçməmiş bir mərhələ investisiya almaq imkanı da yarandı. Biz də bunu dəyərləndirərək 300 milyon dollarlıq yeni mənbə yaradaraq, xarici bazarlarda daha sürətlə böyüməyə fokuslanacağıq.

Aldığımız bu investisiya ilə 2,6 milyard dollarlıq dəyərləndirmə əldə etdik, nəticədə Türkiyənin unicorn-u olmağının xoşbəxtliyini yaşayırıq. Yaxın aylarda Allmaniya, Fransa, Hollandiyada da Getir-in əməliyyatlarına başlayacağıq. Braziliyada da bu iki hecalı türkçə kəlməni sevdirməyi arzulayırıq”.

Getir franşayzinq sistemi ilə Türkiyədə böyüməyə davam edir. Xaricdə də söz sahibi olmaq istəyən Türkiyənin texnologiya startapı Getir ilk qlobal açılışını Londondan sonra, Paris, Amsterdam, Berlində edib.

Türk startapı Getir, ötən günlərdə “getir deyə yazılır, getir deyə oxunur” sloqanı ilə London şöbəsi üçün reklam filmi yayımlamışdı.

© Facemark