MARKETİNQ

30 Mart

“Nike” “şeytan ayaqqabısına” görə MSCHF-i məhkəməyə verdi - FOTO

“Nike” rapçi Lil Nas X ilə birlikdə qalmaqallı “şeytan krossovkaları”na görə MSCHF şirkətini məhkəməyə verib.
 
Bu barədə “NBC News” telekanalı məlumat yayıb.
 
Bildirilir ki, “Nike” MSCHF-i əmtəə nişanı hüquqlarını pozmaqda ittiham edir: “Satan Shoes” (“Şeytan ayaqqabıları”) ayaqqabı xətti “Nike Air Max 97”nin modifikasiya olunmuş versiyasıdır. Orijinal versiyaya şeytanın pentaqram asqısı, həmçinin dabanına içində bir damcı insan qanı olan hava balonu əlavə edilib.
“Nike” iddianı yalnız MSCHF-ə qarşı qaldırıb, reper Lil Nas X-in adı məhkəmə işində hallanmır.
Qeyd edək ki, MSCHF bu cür idman ayaqqabısından hər biri 1018 dollara olmaqla 666 cüt buraxıb və onların hamısı da dərhal alınıb.