MARKETİNQ

30 Mart

Çində Alibaba brauzeri tətbiqlər mağazasından çıxarılıb

Çin internet şirkəti Alibaba-ya aid olan UC Browser-i ölkənin tətbiq mağazalarından çıxarılıb.

Financial Times nəşrinin yazdığına görə, bu hadisə Çin lideri Xi Jinpingin IT nəhənglərinə nəzarətin artırılması ilə bağlı tələbindən bir gün sonra baş verib.

Brauzer Çin smartfon istehsalçılarına məxsus olan Android tətbiq mağazalarından çıxarılıb.

Digər texnologiya nəhənglərinin tətbiqləri isə App Store-dən çıxarılmaq üzrədir.

ByteDance və Tencent, Apple-ın konfidensiallıq ilə bağlı siyasətini atlamağa çalışırlar. Şirkətlər iPhone istifadəçilərinə onların razılığı olmadan reklamlar nümayiş etməyə imkan verəcək bir proqramı sınaqdan keçirir.

Formal olaraq UC Browser-in silinməsinin səbəbi kimi yanlış onlayn tibbi reklamların nümayiş etdirilməsi olub.

Axtarış sistemi özəl tibbi klinikalara böyük dövlət xəstəxanalarının adlarını açar söz kimi istifadə etməyə imkan verib. Nəticədə istifadəçiləri özəl tibbi klinikaların səhifələrinə yönləndirib.

Çin kommunist partiyası inanır ki, bir çox IT şirkətlərinin qəbuledilməz bir şəkildə böyüməsi, ölkəni ictimai-siyasi sistemi üçün təhlükə yaradır. Məqsəd korporasiyaların fəaliyyətinə nəzarət etmək üçün işlərinə məhdudiyyət tətbiq etməkdir.

Xüsusilə UC Browser-in silinməsinin səbəblərindən biri də Alibaba və onun qurucusu Cek Ma-ya qarşı bir hərəkət idi. Ölkə səlahiyyətliləri inanır ki, Alibaba mediaaktivlərindəki payını azaltmalıdır. Hökumət Cak Manın təsirinin artmasından və onun dövlət səlahiyyətlilərini mütəmadi olaraq tənqid etməsindən razı deyillər.

© Facemark