MARKETİNQ

16 Mart

İlk “Tesla” smartfonunun şəkilləri yayıldı

Sosial şəbəkələrdə “Tesla”nın ilk smartfonunun şəkilləri yayılıb.

“Hazırda elektromobil istehsalçısı “Model Pi” şərti adı altında “ağıllı telefon” üzərində çalışır.

Smartfonun günəş batareyası üzlüyü ilə təchiz olunacağı bildirilir. Şayiələrə görə, “Tesla” mobil cihazı “SpaceX” şirkətinin “Starlink” peyk interneti şəbəkəsinə qoşulacaq. Smartfon vasitəsilə “Marscoin” kriptovalyutasının mayninqi də mümkün olacaq.

Qeyd edək ki, “Tesla” şirkətindən fotolarla bağlı heç bir açıqlama verilməyib.