MARKETİNQ

10 Mart

Jeep “2021 Earth Odyssey” adlı reklam filmi çəkdi – VİDEO

Jeep Wrangler 4xe hibridi satışa çıxdı və marka yaşıl SUV-a dəstək olmaq məqsədilə “2021 Earth Odyssey” adlı kampaniya ərsəyə gətirib.

Reklam çarxı Stenli Kubrikin ikonik rəsmi olan 2001: A space odyssey əsərindən ilhamlanıb.

Yaradıcılar Rixard Ştrausun melodik xəttini təbiət səsləri ilə tamamlayıb.

Reklam çarxı təbiət mövzusu ilə cəlbedicilik qazanıb. Eyni zamanda, bu xətt ilə yeni avtomobilin ətraf mühit dostu olduğuna da vurğu edilib. Reklam çarxı Jeep-in 80 ildir ki, azadlıq, ehtiras və macəra ruhunu da əks etdirir.

Elektrik mühərrikli Odyssey-in ideyası Highdive agentliyinə mənsubdur.

Reklam çarxını ərsəyə gətirənlər isə deyirlər ki, Jeep sahibi olanların xarakteri xəyalpərəst və yaradıcıdır.