MARKETİNQ

22 Fevral

“Uğurlu insan olmaq yolu” kitabı çapdan çıxıb

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun, dilçilik üzrə fəlsəfə doktoru Ülviyyə Abbasovanın, Mətanət Şahbazovanın və Mədinə Babayevanın həmmüəllifliyi ilə “Uğurlu insan olmaq yolu” kitabı çapdan çıxıb.

İnstitutdan bildirilib ki, oxucular kitabda tarixin sınaqlarından uğurla keçən və öz təsdiqini tapan məlumatlarla tanış ola bilərlər.

Kitab uğurlu həyat yaşamaq istəyən xeyirxah, səmimi, sülhsevər, keçmişə, böyüklərə sayqılı, cəsur, elmli, bilikli, işgüzar, sağlam, vətənsevər övladlar yetişdirmək istəyən hər bir insan üçün faydalı mənbə ola bilər.