MARKETİNQ

17 Fevral

100 ziyarətçidən dördünü müştəriyə çevir

İnandır ki, müştəri düzgün qərar versin!

Bu gün hər kəs informasiyanı KİV-dən əlavə, sosial şəbəkələrdən,

maillərdən, ətrafdakı reklamlardan, “YouTube” videolarından və bir çox digər mənbələrdən alır.

Bir ildən çoxdur ki, davam edən pandemiya və məcburi təcrid internet auditoriyasının böyüməsinə gətirib çıxardı.

Son araşdırmaların nəticəsinə əsasən, əhalinın informasiya alması üçün ən çox istifadə etdiyi mənbə televiziya kanalları və internetdir.

Neqativ informasiyalarla bol olan, bəzən yalnış, pafoslu və ya mətnə uyğun olmayan başlıqlarla zəngin olan onlayn-medianın populyarlığını necə izah etmək olar?

Cavab: İnamla. 

İstifadəçilər bir neçə səbəbdən sevdikləri mediaya etibar edirlər:

• mesajların həcmi və mövzusu auditoriyanın ehtiyaclarını təmin edir;

• təqdimat tərzinin uyğun olması;

• oxucuların yazarlara inamı, ümümilikdə nəşrin yazdıqlarına etibar etməsi.

Bu isə cox vacibdir, onlayn-media-da dərc edilən məqalələr vasitəsi ilə:

  • yeni müştərilərin cəlbi
  • məhsulunuzun tanınması
  • nüfuzun yaxşılaşdırılması
  • və ən əsası satışın artırılması

Media nəşrləri kimə və nə vaxt lazımdır?

PR strategiyasının bir hissəsi olan kontent-marketinq, iş və fəaliyyət sahəsindən asılı olmayaraq hər kəs tərəfindən istifadə olunur. Onun köməyi ilə şirkətin üstünlüklərini və rəqiblərdən fərqlərini göstərmək asandır.

10-12 il əvvəl, geniş miqyaslı reklam kampaniyası yeni müştərilərinin cəlb edilməsində əvəzsiz rol oynayırdı.

Bu gün hər şey daha mürəkkəbdir. Hər hansı bir məhsulu və ya xidməti əldə etməzdən əvvəl müştəri məhsulu və ya xidməti diqqətlə izləyir, digər müştərilərin rəylərini öyrənir, alışın gətirəcəyi faydaları qiymətləndirir.

Əvvəlki, “İnnovasiya”, “Kampaniyanın müddətinin bitməsinə 2 gün qaldı”, “1+1” və s. bu səpkidə olan reklam şuarları artıq heç kimi cəlb etmir, əksinə qıcıq yaradır. Bu zaman dövriyəyə kontent-marketinq girir.

Kontent-marketinqinin reklamdan “birbaşa satış” yox, potensial müştərilərə alış qərarı verməzdən əvvəl tədricən məhsul və ya xidmət haqqında məlumat vermək, məhsulun və ya xidmətin geniş “portretini” göstərilməsi ilə fərqlənir.

PRNEWS.IO kontent-marketinq platforması 2021-ci ilin yanvar ayında kontent-marketinqlə bağlı maraqlı bir araşdırma apararaq, aşağıda qeyd olunan nəticələr əldə edib:

  • kontent-marketinq məhsulun və ya xidmətin reklam mesajını faydalı məlumat şəklində təqdim edir,
  • platformalar üzərindən sifarişlərin sayını artırır,
  • məhsulun və ya xidmətin saytına keçidin artmasını təmin edir,
  • məhsulun və ya xidmətin yeniliklərini daha ucuz vasitə ilə müştərilərə çatdırır,
  • məhsulun və ya xidmətin onlayn nüfuzunu artırır,
  • krizis dönəmində məhsulu və ya xidməti qoruyur

Krizis dönəmində satış

Çətin dönəmdə (2020-ci il bunu bizə göstərdi) imicə yönələn reklamlar əvəzinə, şirkətlər əsasən  kontent-marketinqdən yararlanaraq məhsullarını və ya xidmətləri haqqında geniş məlumatlar verməlidirlər.

Bu metotdan istifadə edərək nüfuzu möhkəmləndirmək, yeni bazara çıxmaq şansı yüksəklir.

Relizlərin yayılması metodu aktuallığını itirdiyini hesab edənlər yanılırlar. Onlayn mətbuatda kontent-marketinqinin əvəzləyicisi hələ ki, yoxdur.

Bundan əlavə, müxtəlif onlayn xəbər resuslarında relizlərin tezliyi nə qədər sıxdırsa, o qədər də, məhsulun və ya xidmətin nüfüzu artır. Nüfuz isə,  "hava yastığı" kimi hər hansısa bir təhlükədən qoruyaraq, brendi gündəmdə saxlayaraq ona qarşı maraq yaradır.

Brend haqqında məlumat ötürməsi üçün ən əsası press-relizdir.

Press-relizə uyğun olaraq, müxbirlər rəsmi məlumat alaraq ətraflı xəbər hazırlayır.

Reklam mesajının effektivliyini necə artıraq?

Reklam mesajı təsirini göstərsin deyə, ilk növbədə hansı onlayn-mediada bu dərc ediləcək sualına cavab tapmaq lazımdır.

Bu isə monitorinq, xəbər platformasının istiqamətindən və məlumatın çatdırılması formatından asılı olaraq müəyyənləşir.

Xəbərinizi hər hansısa bir platformaya göndərməkdən öncə, fikirləşin bu kontent sizə lazımdırmı?

Əfsanənin yaradılması

PR-a praktik olaraq vəsait yatırmadan satışları artırmaq.

Bu fikir, tez və ya gec hər bir sahibkarın ağlına gəlir. Ola bilərmi, press-relizdə verilən məlumat o dərəcədə uğurludur ki, hər kəs onu əldə etmək istəsin. Bəli, bu mümkündür!

Onlaynda effektli “virus” məqalələr çoxdur, ancaq yaxşı satış etmək üçün sistemli iş qurmaq lazımdır.

Məhsulun və ya xidmətin yadda qalması üçün ən azı 3 ay mütamadi müxtəlif platformalarda dərc olunmağa ehtiyyac var. Ondan sonra, nəticəni analiz edərək, dayandırmaq və ya davam etmək barəsində qərar vermək lazımdır.

Büdcəni düzgün hesablamaq vacibdir: İlk ayda bütün vəsaitləri xərcləməyin! Büdcə 3 bərabər hissəyə bölünməli və nəşrlərə bərabər şəkildə xərclənməlidir.

Mediada uğurlu bir PR kampaniyası üçün texniki cəhətdən hazırlaşmaq daha məqsədə uyğundur.

Buna görə, əvvəlcə resusların reytinqinə və şəffaflığından əmin olmaq və şirkət daxili əməkdaşları başlanacaq PR kampaniya barədə məlumatlandırmaq lazımdır.

Dərc etmək işin yarısıdır. Dərc olunan kontenti də, brendə məxsus daşıyıcılar vasitəsi ilə paylaşmaq mütləqdir.

Bir PR kampaniyadan nə qədər müştəri əldə etmək olar?

Bu sual təəssüflər olsun ki, bir çox müştərilər maraqlanmır. Çünki, öz məhsuluna məxsus olan daşıyıcılarının analizlərini aparmır.

Dünya praktikasına əsasən bu düstur belə işləyir

  • 100 ziyarətçi 4 müştəriyə çevrilir. Konversiya 4% bərabərdir
  • PR məqaləni oxuyan 100 nəfərdən 4 nəfəri keçid edəcək.  Konversiya yenə də 4%  bərabərdir
  • Deməli, 4 müştəri əldə etmək üçün, məqaləni 2500 nəfər oxumalıdır

Bu biznes aləti sizə nə verəcək?

Kontent-marketinq: Şirkətin ölçüsündən, fəaliyyət dairəsindən asılı olmayan ən təsirli iş alətlərindən biridir.

Kontent-marketinq: İstifadəçi inamının artırılmasına və satışların böyüməsinə kömək edə bilər.

Kontent-marketinq: Sayəsində şirkət məlumat sahəsini özü idarə edir, rəqiblərin ona təsir etməsi çətindir.

Kontent-marketinq: Davamlı təsiri olan, uzunmüddətli bir prosesdir.

Kontent-marketinq əsas PR strategiyanın vacib hissisəndən biridir.

Müəllif: Vüqar Bağırov