MARKETİNQ

03 Fevral

“Pfizer” bu il 15 milyard dollarlıq peyvənd satmağı planlaşdırır

Almaniyanın “BioNTech” şirkəti ilə ortaq şəkildə yeni növ koronavirusa qarşı peyvənd hazırlayan “Pfizer” şirkəti 2021-ci ildə bu preparatın satışından 15 milyard ABŞ dolları qazanacağına ümid edir.

Ümumilikdə isə “Pfizer” cari ildə 59,4 - 61,4 milyard ABŞ dolları mənfəət əldə edəcəyini gözləyir.

Qeyd edək ki, “Pfizer-BioNTech” peyvəndi 2020-ci ilin dekabr ayında istifadəsinə rəsmi icazə verilmiş ilk aşılardandır. Hələ o zaman analitiklər şirkətin vaksin satışından milyardlarla dollar mənfəət əldə edəcəyini proqnozlaşdırırdı.

Keçən ilin dördüncü rübündə peyvənd satışından əldə olunan gəlirlərin 462 milyon ABŞ dolları olacağı gözlənilsə də, realda bu rəqəm 154 milyon ABŞ dolları olub.