MARKETİNQ

18 Yanvar

Telegram-da TOP 10 faydalı bot

Son günlərin ən populyar platforması olan Telegram-ın faydalı olacaq TOP 10 botu haqqında məqalə hazırlanıb.

YouTube Bot (@youtube). Ən sevdiyiniz YouTube kanallarının yeniləmələrinə abunə olmağınıza və Google media platformasında baş verən hadisələrin nəbzini əlinizdə saxlamağınıza imkan verən bir xidmətdir.

 

Classical Music (@music). Klassik musiqi dinləmək üçün bir botdur. Bax, Handel, Mozart, Bethoven, Strauss və digər görkəmli bəstəkarların, dünya musiqi mədəniyyətinin qızıl fondunun nümayəndələrinin əsərlərini sevənlər üçün əla tapıntıdır.

Radio Archive Bot (@radiobot). Həm rus, həm də xarici müxtəlif radiostansiyaların yayımlarının arxivinə çıxışı təmin edən bir botdur. Səs axını AAC+ formatında yayımlanır. Bu sıxılma metodu trafikə qənaət edir, ötürülmənin aşağı sürəti ilə şəbəkələrdə radioya qulaq asmağınıza kömək olur.

Lüğət botu (@dictsbot). Xidmət, rus, ukrayna, ingilis, alman dillərinin izahlı və tematik lüğətlərinə giriş imkanı təqdim edir. Vikipediya, Google, Yandex tərcümə sistemləri ilə qarşılıqlı əlaqə dəstəklənir.

Trek tanıma botu (@yamelodybot). Yandex Music ilə birlikdə çalışan, tanınmayan musiqi kompozisiyalarını tanımağınıza icazə verən botdur. Bota tanınmayan bir melodiyanın 5-10 saniyəyə qədər davam edən bir fraqman səsi ilə mesaj göndərmək kifayətdir. Sistem, mahnının adını, ifa edən sənətçinin kimliyini avtomatik olaraq müəyyən edəcək. Daha sonra bütöv bir mahnıya qulaq asmaq üçün bir link göndərəcək.

Proqrammistlər üçün faydalı olacaq bot (@integram_bot). Telegram-a Trello, Gitlab, BitBucket, GitHub, Webhook kimi üçüncü tərəf proqramları inteqrasiya etməyinizə kömək olacaq. Bütün dünyada yaşaya proqrammistlər tərəfindən IT layihələrinə ev sahibliyi etmək və onların birgə inkişafı üçün istifadə olunur.

Xatırlatma botu (@SkeddyBot). Planlaşdırılmış xatırlatmaları idarə etmək üçün bəsit, amma çox təsirli bir vasitədir. Bota belə bir xatırlatmalar göndərmək kifayətdir, məsələn, 20 dəqiqədən sonra ofisə zəng edin, səhər saat 8-də sənədləri götürün, tortun hazırlığını hər 10 dəqiqədən bir yoxlayın. Bot bu haqda istifadəçiyə zərgər dəqiqliyi ilə məlumat verəcək.

Alyoşa boy (@aleksobot). Gedən mətn mesajlarının səs formatına çevirmə xidmətidir.

Mühasib bot (@iloveipbot). Fərdi sahibkarlar üçün köməkçidir.

VK Music bot. Axtarış yerinə VK Music Bot yazırsınız. Sonra start ekranı açılır, üzərinə basırsınız. Açılan səhifədə musiqinin, yaxud da müəllifin adını yazırsınız. Məsələn, Leyla ilə bağlı mahnı axtarırsınız. Sizə TOP 10 və sıralanmış nömrələr təqdim edəcək. Həmin TOP-dan 1-ni seçirsiniz, həmin mahnı açılır. Onu çox asanlıqla telefona yükləyə, yaxud elə o açılan pəncərədə qulaq asa, yaxud da başqasına göndərmə etmək olur. Telegram-dan çıxanda belə mahnının kəsilmir.

Voicy (@voicybot). Tərs problemi həll edən elektron köməkçidir. Bütün səsli mesajlarınızı və audiofayllarınızı (.ogg, .flac, .wav, .mp3) mətnə çevirir. Çox sayda dildə necə işlənəcəyini bilir və bot parametrlərində idarə oluna bilən iki nitq tanıma mühərriki Wit.ai və Google Speech-i dəstəkləyir.

© Facemark