Dove markası “Həqiqi gözəllik” adlı reklam kampaniyasında dəyişiklik edib. O, kampaniya çərçivəsində koronavirusla mübarizə çərçivəsində qoruyucu vasitələrdən istifadə edən tibb işçilərinin üzlərinin necə zədə almasından bəhs edib.
Fins.az-ın məlumatına görə, AdAge nəşri yazır ki,bu ideya Ogilvy Kanada reklam agentliyinin nümayəndələrinin ağlına gəlib.
Belə ki, onlar italyan fotoqraf Alberto Giuliani tərəfindən çəkilən fotolarda tibb işçilərinin simasını görüblər.
Dove brendinin vitse-prezidenti Alessandro Manfredi isə deyib ki, onlar kampaniyanı dəyişdirməklə göstərmək istəyirdilər ki, cəsarətli olmaq mükəmməldir. Kanadada kampaniyanı yenidən işləmək bir neçə gün çəkib, ABŞ-da isə reklam kampaniyasını adaptasiya etmək şirkətin daha iki gün vaxtını alıb. Birinci ölkədə reklam kampaniyasını yenidən işləmək üçün həftənin əvvəlindən işlərə başlanılıb. ABŞ-da isə yerli tibb işçilərinin fotoları ilə kampaniyanı yenidən işləyiblər və dəyişiklik digər ölkələr üzrə də davam edir.
Xatırladaq ki, marka 2019-cu ilin martında Girlgaze ilə birlikdə #ShowUs layihəsinə başlayıb. Layihə çərçivəsində qadın gözəlliyinin nə qədər fərqli olduğuna və onların hər zamanki parlaq fotolardan necə fərqli olduğunu göstərən 5000 şəkil çəkilib. Bu fotolardan isə Getty Images platforması üzərindən brendlər və jurnalistlər istifadə edə bilərlər. Reallıqda necə göründüyünü göstərmək istəyən və gözəllik standartları çərçivəsinə daxil olmayan istənilən qadın layihədə iştirak edə bilər.
©Facemark.az