MARKETİNQ

10 Mart

Facebook bu reklamları müvəqqəti blokladı-Foto

Ötən cümə günü Facebook tibbi üz maskaları reklamlarını müvəqqəti olaraq bloklayıb. Şəbəkə koronavirus ilə bağlı xaousu çərçivəyə almağa çalışdığını elan edib.

Fins.az xəbər verir ki, Amazon və eBay COVID-19, koronavirus, 2019nCoV-dən danışan bütün girişləri sürətlə ləğv edəcəyini açıqlayıb.

Bundan sonra isə Facebook şirkəti də satıcıların koronavirusdən istifadə edərək çaxnaşma yaratmağının qarşısını almaq üçün cərrahi üz maskalarının reklamlarına yol verməyəcəyini və müvəqqəti bu cür reklamlar bloklayacağını açıqlayıb.

Facebook-un məhsulların idarəedilməsi üzrə direktoru Rob Leathern martın 7-də atdığı tvitdə deyib ki, “Covid-19 virusunu yaxından izləyirik. İnsanların sağlamlığını təhdid edən təcili vəziyyətdən istifadə etməyə çalışan insanları görsək, siyasətimizdə lazım olan yenilikləri edəcəyik. Bu dəyişiklikləri yaxın günlərdə tətbiq etməyə başlayacağıq”.

©Facemark