MARKETİNQ

05 Mart

Mobil reklam trendləri: Yayımçılar və brendlər hara investisiya edir?

“Quarterly Mobile Iindex” özünün hesabatında brendlərin hansı mobil reklam formatlarına xərcləri artırmağından və platformaların özlərinin inkişaf etdirdikləri texnologiyalardan bəhs edir.

- Brendlər proqramlı mobil reklamlara xərcləri artırıblar: PubMatic-ın Quarterly Mobile Iindex (QMI) hesabatına görə, 2019-cu ilin oktyabrından dekabrındadək mobil qurğularda belə yerləşdirmə xərcləri bir öncəki illə müqayisədə 47% artım nümayiş etdirib. Bunun səbəbi isə platformalar vasitəsilə tanıtım həcmindəki artımdır.

 

- Mobil platformalarda video reklam xərcləri artır: 2019-cu ilin dördüncü rübündə Avropa və hər iki Amerika regionunda reklamverənlərin proqram vasitəsilə tanıtımı demək olar ki, 2 dəfə artım göstərib.

- İnsanlar smartfonlarda uzun video kontentə baxırlar: Mobil qurğular üzərindən videoya baxmağa sərf edilən vaxtın 83%-i, 21 dəq-dən, 40 dəqiqədən daha çox olanlardır. Bu isə onunla bağlıdır ki, insanlar serial və kinoya daha çox smartfonlar üzərindən baxırlar, desktop və televiziyadan imtina edirlər. eMarketer-in məlumatlarına görə, 2020-ci ildə 2 milyard insan videolara mobil qurğular üzərindən baxacaq.

- Yayımçılar video inventardan daha çox qazanmaq üçün isə Header Bidding texnologiyasına (platformalara öz reklam inventarını eyni anda bir neçə reklamverən arasında bölüşdürməyə imkan verir) investisiya edirlər. Mobil yerləşdirmələr üçün texnologiyaya xərclər 2019-cu ilin sonuncu rübündə 2,4% artım göstərib. Bu masa üstü reklam xəclərinin artım sürətini əhəmiyyətli dərəcədə üstələyir.

- 2019-cu ilin oktyabrından dekabrınadək reklam xərclərinin artımı üçün əsas stimul məhz bayram günləri olub. Məsələn, 2019-cu ildə reklam xərclərinin çoxu “Qara Cümə”, “Kiber Bazarertəsi” və Milad həftəsinə düşüb. Onlardan ən böyük olanı olan “Qara Cümə”, brendlərin istər offlayn, istərsə də, internetdə satışlarının artımına əsas təsiredici qüvvə olaraq qalır.

- İnventarın düz çatdırılması əlavələrdən keçib. 2019-cu ilin dördüncü rübündə reklamverənlər Header Bidding proqramlarında özlərinin xərclərini 118% artırıblar. Mobil brauzerlərdə texnologiya xərcləri 60%, desktopda isə 30% artıb.

- Brendlərin mobil qurğular üzərindən Header Bidding texnologiyalarına xərcləri desktopdakını ötüb keçib. 2019-cu ilin oktaybrından dekabrınadək, həmin ilin üçüncü rübü ilə müqayisədə mobil qurğular üzərindən inventarın birbaşa çatdırılması üçün desktop ilə müqayisədə 45% çox xərc çəkiblər. 2019-cu ilin anoloji dövründə mobil yerlşdirmənin rüblük artımı 55% olub.

©facemark.az