MARKETİNQ

28 Fevral

2020-ci ilin 10 ən zəngin adamı kimlərdir?

“Hurun” reytinq agentliyinin son araşdırmalarına görə, dünyada milyarderlərin ümumi sayı 346 nəfər artaraq, 2816 nəfərə çatıb. Onların ümumi sərvəti 11,2 trilyon dollar dəyərində qiymətləndirilib.

Fins.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, dünya milyarderlərinin sərvəti 66% artıb.

  1. Stiv Balmer

Sərvəti: 67 milyard dollar

Stiv Balmer 2000-2014-cü illər arasında “Microsoft” şirkətinin baş direktoru vəzifəsini icra edib. Maraqlı fakt: Balmer ilk insandır ki, sərvətini öz işəgötürənindən aldığı opsionlar sayəsində qazanıb.

  1. Mukeş Ambani

Sərvəti: 67 milyard dollar

Mukeş Ambani Hindistan əsilli sahibkar olmaqla yanaşı, öz ölkəsinin ən zəngin adamı sayılır. Hindistanın özəl sektorunda fəaliyyət göstərən “Reliance Industries” şirkətinin əsas sahibidir.

  1. Larri Peyc

Sərvəti: 67 milyard dollar

Larri Peyc “Google” sisteminin təsisçilərindən biridir, bir neçə il dalbadal dünyanın ən zəngin insanları siyahısına daxildir.

  1. Sergey Brin

Sərvəti: 68 milyard dollar

Sergey Brin hesablama texnikası, informasiya texnologiyaları və iqtisadiyyat sahəsində fəaliyyət göstərən sahibkardır. O, həmçinin “Google” axtarış sisteminin təsisçilərindən biri olmuşdur.

  1. Karlos Slim

Sərvəti: 72 milyard dollar

Karlos Slimin əsas gəlir mənbəyi kommunikasiya sənayesidir, sahibkarın əsas aktivi “Grupo Carso” şirkətidir.

  1. Amansio Orteqa

Sərvəti: 81 milyard dollar

Amansio Orteqa – İspaniya əsilli milyarder, özündə dünyanın 88 ölkəsində fəaliyyət göstərən 6750 mağazanı birləşdirən “Inditex” şirkətinin keçmiş prezidentidir.

  1. Mark Çukerberg

Sərvəti: 84 milyard dollar

Mark Çukerberg “Facebook” sosial şəbəkəsinin yaradıcılarından biridir, hal hazırda “Facebook Inc” şirkətinə rəhbərlik edir.

  1. Uorren Baffet

Sərvəti: 102 milyard dollar

Uorren Baffet dünyanın ən tanınmış investorlardan biridir, dünyanın ən zəngin adamları siyahısında ilk beşliyə daxildir. Xeyriyyə ilə məşğul olur.

  1. Bill Qeyts

Sərvəti: 106 milyard dollar

Bill Qeyts “Microsoft” şirkətinin yaradıcılarından və keçmiş ən böyük səhmdarlarından biridir. İctimai fəaliyyət və xeyriyyə ilə məşğuldur.

  1. Bernar Arno

Sərvəti: 107 milyard dollar

“Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidentidir.

  1. Ceff Bezos

Sərvəti: 140 milyard dollar

“Amazon.com” un təsisçisi və rəhbəri olmaqla yanaşı, Ceff Bezos “Blue Origin” aviaşirkətinin sahibidir.