MARKETİNQ

12 Fevral

Cem Yılmaz 15 il öncə siması olduğu brendin – Yeni reklam çarxında – Video

“OPET edər hər şey dəyişir” sloqanı ilə müştəri məmnuniyyəti fokuslu layihələrə imza atan OPET, 15 il öncə reklam üzü olan Cem Yılmaz ilə təkrar bir araya gəlib. Cem Yılmaz 2 il ərzində OPET-in reklamında yer alacaq.

Fins.az xəbər verir ki, təşkil edilən mətbuat konfransında Türkiyənin neft şirkəti OPET və Cem Yılmazı 15 il sonra bir araya gətirən əməkdaşlığın ilk meyvəsi də birinci dəfə burada göstərilib. Keçmişlə bu gün arasında körpü quran filmdə onların keçmişdəki əməkdaşlığına foks edilir.

 

“Cem Yılmaz ilə markamızın bir çox ortaq nöqtəsi var. Cem Yılmaz da markamız kimi vizyoner və yenilikçi baxış bucağına sahib və dəyişikliyin lideri kimi Türkiyənin ən sevilən adlarından biridir. Cem Yılmaz ilə keçmişdə qurduğumuz güclü bağı bu dəfə bugünkü dövrün gözləntiləri və ehtiyacları fonunda yenidən qururuq. Bu yeni əməkdaşlıq və əsas strategiyamız ilə uğurlu layihələrə imza atacağımıza inanırıq”, - deyə mətbuat konfransında OPET CEO-su Cüneyt Ağca deyib.

Cem Yılmaz ilə konfransda çıxışı zamanı deyib ki, OPET ilə könül bağımız var. OPET yapar, hər şey değişir deyə başladığı sözlərinə, “Bir məhsul və xidməti reklam etdiyin zaman, əgər özgüvənli marka ilə çalışırsınızsa, bu çox önəmli komfort və xoşbəxtlikdir. OPET ilə ilk çalışdığım illərdə etdiyim o gözəl filmlər həmişə bu özgüvənin əsəri oldu. Əməkdaşlıq etdiyi şəxsi ciddiyə alan, olduğu sektora dəyər qatan və standartları olan professionallar ilə çalışmaq məni daha yaxşısını etməyə təşviq edir. OPET az ilə kifayətlənməyən, çalışqan insanların markasıdır. 15 il sonra yenidən birlikdə olmaq mənim üçün qürurvericidir. Hər şeyi dəyişdirməyə gəlir”.

©Facemark.az