MARKETİNQ

04 Fevral

“Amazon” dünyanın ən böyük reklamverən şirkəti oldu

Amazon onlayn riteyleri dünyanın ən böyük reklamverəni statusunu qazanıb. Qeyd edildiyi kimi, 2019-cu ildə şirkət reklama 11 milyard dollar xərcləyib və bu da qlobal reklam xərclərinin 2%-ni təşkil edir.

Fins.az xəbər verir ki, “Amazon” nun  reklam xərcləri 34% artaraq (2,8 milyard dollar) 11 milyard dollara çatıb. Son on il ərzində şirkət reklam xərclərini 20 dəfə artırıb: 593 milyon dollardan (2009-cu il) 11 milyard dollara qədər (2019-cu il).

İllik hesabatda şirkətin satışlarının 20% artaraq 280,5 milyard dollara qədər çatması göstərilib. Marketinq xərcləri 18,9 milyard dollar təşkil edib: 11 milyard dollar reklam xərcləri və 7,9 milyard dollar digər xərclər.

Xatırladaq ki, daha əvvəl dünyanın ən böyük reklamverəni “Procter Gamble” şirkəti olmuşdur. 2019-cu ildə “PG” ın reklam xərcləri 350 milyon dollar azalaraq 6,8 milyard dollara qədər düşüb. Marketinqlə əlaqəli olan digər xərclər 19,1 milyard dollar təşkil edib.

©banker