MARKETİNQ

03 Fevral

P&G yeni Super Bowl reklamında son sözü tamaşaçıya verdi – Video

PG bu il televiziyada yer alacaq Super Bowl reklamının taleyini tamaşaçının ixtiyarına buraxır.

Fins.az xəbər verir ki, PG, yeddi markasını bir araya gətirən reklamın axınını müəyyən etmək üçün tamaşaçını WhenWeComeTogether.com adresinə dəvət edir.

Tamaşaçılar interaktiv saytda təqdim edilən variantları dəyərləndirəcək. Reklamın tamaşaçı seçimlərinə görə, müəyyən ediləcək 60 saniyəlik son halı, yarışa dəqiqələr qala tamamlanacaq.

Bounty, Mr. Clean, Febreze, Olay, Charmin, Head Shoulders və Old Spice markalarının olduğu Super Bowl partisində yaşanan qalmaqalı işləyən filmdə

Sofia Vergara, Rob Riggle, Troy Polamalu, Isaiah Mustafa ve Busy Philipps kimi adlar yer alır.

PG Chief Brand Officer-i Marc Pritchard (Mark Pritçard) isə interaktiv kampaniya ilə bağlı deyib ki, “Digərləri kütlələrdən reklamlarına baxmalarını tələb edir. PG markaları, daha əvvəl Super Bowl-da heç vaxt olmayan şəkildə

Amerikalılardan öz reklamlarını yaratmalarını istəyir. Biz reklamçılığı markalarımızın faydalarını innovativ və əyləncəli şəkildə təqim edən interaktiv yolla yenidən kəşf edirik”, - sözlərini əlavə edib.

- Reklamverən: PG

- Reklam Agentliyi: Grey Midwest

©Facemark.az