MARKETİNQ

02 Fevral

IKEA koronavirusa görə Çindəki mağazalarını bağladı

Məşhur mebel firması IKEA Çində yerləşən 14 mağazasını müvəqqəti olaraq bağlamaq qərarı verib.

Fins.az xəbər verir ki, İsveçə məxsus beynəlxalq şirkət bu qərarını Çində koronavirusdan ölüm hallarının baş verməsi ilə əsaslandırıb. Şirkətin mətbuat xidmətinin rəhbəri Con Egerlid açıqlamasında bildirib: Bu barədə Oxu.Az yazıb. 

“Müştərilərimizin və işçilərimizin sağlamlığı və təhlükəsizliyi IKEA-da hər zaman önəmli olub. Çin hökumti virusun yayılmasını nəzarət altına alana qədər Çindəki mağazalarımızın 14-ü müvəqqəti olaraq bağlanacaq”.

Şirkət bu qərar müddətində müvəqqəti işsiz qalacaq əməkdaşların əmək haqlarını vaxtında və kəsirsiz verəcəyini də açıqlayıb.