“Lipton”, “Brooke Bond” və “PG Tips” markaları altında çay istehsal edən “Unilever” şirkəti aktivlərini biznesinin digər nümayəndələrinə satmaq istəyir.
Fins.az xəbər verir ki, bu haqda korporasiya nümayəndələrinə istinadən “The Wall Street Journal” məlumat verib.
Nəşrin verdiyi məlumata görə. bunun əsas səbəbi bir neçə il ərzində qara çaya olan tələbatın düşməsidir. Qiymətləndirmələrə görə, şirkətin çay biznesinin dəyəri 8 milyard təşkil edir.
Xatırladaq ki, “Unilever” şirkəti 100-dən çox ölkədə fəaliyyət göstərir, şirkət əsasən ədviyyat və çay istehsalı ilə məşğuldur. Bundan əlavə, istehlak markaları sırasına dondurulmuş “Knorr” məhsulları, “Magnum” dondurması və s. daxildir. Ərzaq məhsullarından başqa şirkət kosmetika və məişət kimyasını istehsal edir – “Domestos”, “Persil”, “Dove”, “Rexona”, “Clear”.
“Unilever” in illik satışları 3,3 milyard dollar təşkil edir (3 milyard avro). 2019-cu ilin son üç ayında satış artımı 1,5% olub ki, bu da 2018-ci il ilə müqayisədə 1,4% azdır.
©Banker.az