MARKETİNQ

29 Yanvar

“Apple”ın gəliri “iPhone” satışları ilə artdı

Dünyanın qabaqcıl texnologiya şirkətlərindən “Apple”ın ötən ilin oktyabr-dekabr ayları dövründə xalis gəlir və mənfəəti açıqlanıb.

Fins.az xəbər verir ki, 2018-ci ilin eyni aylarına görə, iPhone satışlarındakı bir illik azalma trendinin qırılması ilə yüksəlib.

Apple-dan verilən açıqlamaya görə, ötən ilin oktyabr-dekabr ayları, hesabatda birinci rüb olaraq qəbul edilib. Şirkətin gəliri, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 91,8 milyard dollara yüksəlib.

Şirkət 2018-ci ilin oktyabr-dekabr dövründə isə 84,3 milyard dollar əldə etmişdi.

Firmanın xalis mənfəəti 2018-ci ilin analoji dövründə 19,9 milyard dollardan, ötən ilin eyni dövründə 22,2 milyard dollara yüksəldi. Beləliklə, 11%-lik artım qeydə alınıb. Şirkətin adıçəkilən dövrdə səhm üzrə xalis mənfəəti isə 4,18 dollardan 4,99 dollara yüksəlib. Apple-ın iPhone ağıllı telefon satışlarından əldə etdiyi gəlir də eyni dövrlərdə artıb.

Hesabata görə, adıçəkilən dövrdə şirkətin iPhone satışlarından əldə etdiyi gəlir bir öncəki ilin eyni dövrünə görə 8% artaraq 56 milyard dolara çatıb. Beləliklə, şirkət bir ildir ki, davam edən azalma trendini qırmış olub.

Eyni dövrdə, iPad satışlarından əldə edilən gəlir 6,7 milyard dollardan 5,98 milyard dollara, Mac satışlarının gəliri də 7,41 milyard dollardan 7,16 milyard dollara geriləyib. Şirkətin AppleCare, tətbiqlə və ApplePay kimi xidmətlər üzərindən əldə etdiyi gəlir isə bu dövrdə 10,9 milyard dollardan 12,7 milyard dollara yüksəlib.

Apple TV, Apple Watch və aksessuar məhsullarının satışında əldə edilən gəlir isə 7,3 milyard dollardan 10 milyard dolları üstələyib.

Apple səhmləri şirkətin hesabatının açıqlanmasından sonra 2% dəyər qazanaraq 327 dollara yüksəlib. Apple-ın CEO-su Tim Kuk isə açıqlamasında deyib ki, bu bütün zamanların ən yüksək rüblük gəlir göstəricisidir və buna görə şaddırlar. O, belə bir nəticənin, iPhone 11 və iPhone 11Pro modellərinə olan güclü tələbdən irəli gəldiyini də deyib.