MARKETİNQ

22 Yanvar

KENZO-nun yeni kreativ direktoru şirkətin loqotipini dəyişdi

KENZO özünün yeni loqotipini elan edib. Loqotip ötən ilin yayında şirkətə kreativ direktor vəzifəsi üzrə gələn Felipe Oliveyra Baptista komandalığı altında hazırlanıb. Marka incə xətləri, qara qalın hərflər ilə əvəz edib.

KENZO-nun saytında deyilir ki, yenilənmiş loqotip markanın bütün kolleksiyalarında öz əksini tapacaq, ancaq markanın ruhu bütün dünya üçün açıq qalacaq.

Yeni loqotip ilə hazırlanan kolleksiya Felipe Oliveyra Baptistanın rəhbərliyi altında Fransada təşkil edilən moda həftəsində nümayiş ediriləcək.

Xatırladaq ki, KENZO lüks klass üzrə ətir, geyim, ayaqqabı və aksessuar hazırlayır. Şirkət LVMH şirkətlər qrupuna aiddir. Bura da Tiffany, Hennessy, Belvedere, Christian Dior, Fendi, Louis Vuitton, Bvlgari, Sephora, Givenchy Parfums kimi brendlər də daxildir.

Videoya keçid üçün link

©Facemark.az