MARKETİNQ

22 Yanvar

İnternet istifadəçilərinin influencerlərə inamı azalır? – EKSPERTLƏR DANIŞDI

İnternet istifadəçilərinin bloggerlərə olan inamı bütün dünyada olduğu kimi Rusiyada da azalmaqdadır.

Fins.az xəbər verir ki, bu haqda Kommersant nəşri UM media agentliyinin (ADV reklam qrupunun bir hissəsi) araşdırmasına istinadən yazıb.

Məsələn, 2017-ci ildə rəy liderlərinin,bloggerlərin (influencerlərin) təqdim etdiyi xidmət və məhsullara inam 44% idisə, 2019-cu ildə isə bu rəqəm cəmi 42% olub.

Dəqiq bir rəqəm açıqlanmasa da, bildirilir ki, Rusiyada 16-54 yaş arası auditoriya arasıda da influencerlərə inam azalır. Buna baxmayaraq 16-19 yaş arası Rusiyalı auditoriya 2019-cu ildə də influencerlərə olan inamını 2014-cü il səviyyəsində saxladılar. 42%.

Media agentliyin araşdırmasında qeyd edilir ki, KİV-də yazılan məlumatlara etibar edən böyüklərdən fərqli olaraq, 16-19 yaş arası auditoriya hesab edir ki, sosial media və internetdə axtarış nəticəsində əldə etdikləri məlumat daha doğrudur.

Ekspertlər isə izah edir ki, rus auditoriyasında rəy liderlərinə olan inamın azalması, bazarın həddindən artıq doyması fonunda baş verir.

Media Direction Group-un direktoru Elizaveta Panova isə deyir ki, “bazar həddindən artıq reklam il doludur. Markalar isə keyfiyyəti aşağı olan reklamlar bazara təqdim edirlər. Bu səbəbdən dolayı da internet istifadəçiləri asanlıqla rəy liderləri tərəfindən paylaşılan postun reklam və yaxud sadəcə maarifləndirici paylaşım olduğunu asanlıqla anlayırlar”.

Influencerlərə etibarın azalması trendi ilk növbədə populyar bloggerlərə şamil edilir.

“Belə influencerlər tərəfindən paylaşılan reklamlar bahalıdır və çox zaman qoyulan investisiya öz geri dönüşünü gətirmir. Nəticədə isə, bir çox reklamverənlər onlara olan marağını itirir”, - deyə bloggerlərlə iş üzrə xidmət təklif edən şirkətin Epicstars-ın direktoru Yuliya Maqası deyib.

Ekspert əlavə edir ki, nano və mikrobloggerə ( 50 minə qədər abunəçisi olan) inam isə hələ ki itməyib.

Xatırladaq ki, UM tərəfindən təşkil edilən sorğuda, dünyanın 81 ölkəsində 16-54 yaş arası 56,3 min internet istifadəçisi iştirak edib. Rusiyada isə sorğunu 100 000-dən çox əhalisi olan şəhərlərdə yaşayan 1000-dən çox insan arasında aparılıb.

©Facemark.az