Avtomobil istehsalçısı Nissan özünün avtomobillərində Automatic Distance Control funksiyasını inkişaf etdirir. Bunu isə Finlandiyanın vətəndaşları finlər ilə bağlı hazırladıı memes-lər ilə iah edir.
Facemark.az xəbər verir ki, finlər haqqında belə bir klişə mövcuddur ki, onlar insanlar araında şəxsi məsafəyə dəyər verirlər. İstənilən ictimai yerlərdə onlar bir başqasına yaxın olmamağa çalışır. Bu isə internet istifadəçiləri arasında tez-tez yumor predmentinə çevrilir.
Nissan isə göstərir ki, bu streotipdən yola çıxaraq, yolda avtomobillər arasında da belə bir məsafə saxlanılmalıdır.
Markanın çap reklam kampaniyasında avtobus gözləyən sərnişinlər maksimm məsafə ilə bir-birilərindən uzaqda dayanıblar. Reklamın aşağısında isə Avtomotik Məsafə Kontrolu yazılıb. Və əlavə edilib ki, finlər tərəfindən təsdiq edilib.
Beləliklə şirkət, özünün avtomobillərində olan yeni funksiyanı reklam edir. Belə ki, bu funksiya yolda avtomobillər arasında təhlükəsizlik məsafəsini nizama salır.