MARKETİNQ

20 Yanvar

Jeff Bezos “Amazon”suz nə edərdi?

Bezos hal-hazırda 926 mlrd. dollarlıq iri onlayn-reteylerə rəhbərlik edir və onun şəxsi sərvəti 116 mlrd. dollar dəyərləndirilir. Sahibkardan, onun həmin Amazon reteyleri olmasaydı nə ilə məşğul olardı deyə soruşulanda nə cavab verəcəyini yaxşı bilib.

“Hər hansısa şirkətdə xoşbəxt bir proqramçı olardım” –deyə, Jeff Bezos bildirib. Bu barədə CNBC yazır.

Gənc ikən Bezos kompüter və avtomatlaşdırma karyerasını seçir və Priston universitetini “Elektrotexnika və kompüter elmləri” ixtisası üzrə bitirir. Amma təhsilini başa vurduqdan  sonra Intel, Bell Labs və Anderson Consulting-in təkliflərindən imtina edib startapda işləməyi seçir və orada proqram sınaqdan keçirir.

İki ildən sonra Bezos bank xidmətlərinə üçün “soft” proqramını işləməkdən ötrü startapı tərk edir. O, texnologiya sahəsinə qayıtmağı planlaşdırmışdı, amma bunun yerinə sığorta fondunda işə başlayır.

Orada Bezos biznes üçün yeni imkanları yoxlayır və onlayn kitab satışını həyata keçirməyi düşünür. O vaxtları xatırlayarkən Bezos onu şirkət qurmaq fikrindən yayındırmağa çalışanlardan bəhs edir: “Öz rəhbərimə bu haqda danışarkən o təmkinlə qulaq asıb bunun ancaq işi olmayanlar üçün əla bir ideya olduğunu mənə vurğuladı”.

Amma Bezos hətta uğursuzluğa düçar olmuş olsaydı belə buna görə heç vaxt peşman olmayacağını bilirdi: “Son 25 il ərzində baş verənlər gözləntilərimdən də artıq olub. Mən şirkət quracağıma ümid edirdim, amma indi şahidi olduğunuz kimisinə də yox”.