MARKETİNQ

17 Yanvar

YouTube-un uşaqlar ilə bağlı yeni siyasəti bloggerlərin gəlirlərini 50% azaldıb

Bir həftə öncə YouTube uşaq videolarında hədəfləməni qadağa edib. Nəticələri isə artıq hiss edilməkdədir.

Fins.az xəbər verir ki, yeni məhdudiyyətdən dolayı uşaq-bloggerlərin gəlirləri 30%-dən 50%-ə qədər azalıb.

Bu barədə qiymətləndirməni isə Business Insider nəşrinə Yoola-nin baş direktoru Eyal Baumel edib.

YouTube-da 4000-dən çox uşaq kanalına sahib olan agentliyin başçısı əmindir ki, nəticələr daha sonralar özünün göstərəcək. Bununla birlikdə artıq, influencerlərin gəlirlərindəki effektivlik düşüb, gələcəkdə isə şirkətlər hansı reklam formatlarının bu qaydaları pozduğunu anlamalı olacaq. Əgər belə bir dəyişiklik kontent istehsalçılarına toxunmağa davam etsə, onlar pul qazanmağın və yeni reklam formatları haqqında düşünməli olacaqlar. Uşaq bloggerlər üçün isə bunu etmək çətin olacaq, çünki onlar böyük influencerlər kimi kanalın xaricində pul qazana bilmirlər.

Baumel hesab edir ki, uşaq-influencerlər üçün pul qazanmağın ən mümkün variantları arasında oyuncaq istehsalçıları, ticarət şirkətləri və digər brendlər ilə birbaşa əlaqə vacib rol oynaya bilər.

Bildirək ki, YouTube hələ yanvardan başlayaraq uşaqlar ilə bağlı kontent barədə öz siyasətinə baxmağa başlayıb.

Buna isə ABŞ-ın Federal Ticarət Komissiyası tərəfindən 13 yaşdan aşağı olan uşaqların şəxsi məlumatlarının oğurlanması halının aşkarlanması və 170 milyon dollar cəriməsindən 4 ay sonra baxıldı. Videohostinq uşaqlar üçün olan videoda hədəfləmənin qadağa olunması ilə yanaşı, belə məzmunun altındakı canlı söhbətləri və şərhləri siləcək.

Şirkətdən etiraf ediblər ki, yeni qaydalar kanalın sahibləri ilə yanaşı, onların özlərinə də zərər verəcək. Ona görə də, kontentdən pul qazanmağın digər yolları barəsində link əlavə edib.

©Facemark.az