MARKETİNQ

16 Yanvar

Kişi bloggerlər Instagram-da qadınlardan daha çox qazanır – QİYMƏT

Instagram istifadəçilərinin çoxunun qadın olmasına baxmayaraq, marketinq sahəsində cinsiyyət nisbəti təxminən eynidir. Kişi ınfluencerlər cəmi 1% üstündür.

Fins.az xəbər verir ki, HypeAuditor şirkəti blogger sferasını araşdırıb, buna səbəb isə onun Instagram-dakı bloggerlərin reklam yerləşdirmədən əldə etdikləri qazancı öyrənmək olub.

Tədqiqat çərçivəsində dünyanın 40-dan çox ölkəsində 1600 blogger arasında sorğu keçirilib. Reklam yerləşdirmək üçün 4 yol var və onların qiymətləri də dəyişkəndir. Məsələn, post etmək, stories-də paylaşım, post və stories kombinasiyası, post paketi, 1 dəqiqəyə qədər davam edən stories və videolar.

Kişi bloggerlərin səhifəsində reklam yerləşdirilməsinin qiyməti orta hesabla 1411 dollar təşkil edir. Bu isə qadın respondentlərin yarısının dediklərindən 7% çoxdur. Belə ki, onlarda bu rəqəm 1315 dollardır.

Kişi cinsindən olan, milyondan az abunəçisi olan influencerlərin səhifəsində postun yerləşdirilməsinin qiyməti 2,6 min dollardır. Qadınlar isə belə bir abunəçi ilə 2,4 min dollar qazanc əldə edirlər.

Kişi və qadınların stories-də reklam yerəşdirilməsindən əldə etdikləri gəlirlər arasında isə böyük bir fərq hiss olunub. Belə ki, stories-də reklamın yerləşdirilməsindən qadınlar kişilərdən 27% daha az alır. Müvafiq olaraq 633 və 809 dollar.

20-100 min abunəçisi olan kişilər və qadınlar arasındakı fərq kişilərin xeyrinə 92% təşkil edir. Hətta milyon abunəçisi olanlarda isə 2,2 min dollar, 16 min dollara qarşıdır. Kişilərdən ibarət mikrobloggerlər isə 28 dollar qazanır ki, bu da qızlardan (19 dollar) 47% çoxdur.

Post + stories formatında isə kişilər 50% daha çox qazanır. Belə yerləşdirmə kişi bloggerlərdə 3 min dollara, qadınlarda isə 2 min dollara başa gəlir. 100 K və 1 milyon arasında abunəçisi olanlar arasında da oxşar qiymət müşahidə olunur.

Post, stories və 1 dəqiqədən ibarət video reklam paketində isə kişi bloggerlər orta hesabla 4 min dollardan çox, qadınlar isə 2,7 min dolardan çox alır. Gəlirlərdə ən kiçik fərq isə 1 milyondan çox abunəçisi olanlar arasında müşahidə olunur, amma yenə də fərq görünür. Belə ki, Instagramda qadın cinsindən olan bloggerlər reklamın yerləşdirilməsindən 7,3 min dollar, kişilər isə 9 min dollar əldə edir.

“Influencerlərin səhifələrində reklamın yerləşdirilməsinin dəqiq dəyəri tənzimlənmir. Buna görə də hər bir blogger özünün prays-listini yaradır. Son qiymət isə reklamverənlər ilə danışıqdan sonra əldə edilir”, - deyə eMarketer-in açıqlamasında deyilib. Nəşr, həmçinin əlavə edir ki, qadınlar arasında yüksək rəqabət əmək haqqı fərqini yarada bilməz, çünki cins nisbəti eynidir.

Tədqiqatdan belə nəticəyə gəlmək olar ki, qadınlar reklam yerləşdirilməsinin bütün formatlarında kişi bloggerlərdən daha az qazanırlar.

©Facemark.az