MARKETİNQ

16 Yanvar

İş gərginliyinizi atacaq hobbi-hiking

Hər birimizin müəyyən hobbiləri və əyləncə ilə gördüyü işləri vardır. Sizə bu dəfə fərqli bir hobbi növü olan hikinqdən danışacam. Düzdür hiking təcrübəm çox olmasa belə ən azı bu əyləncəni 1 dəfə edən şəxs daima onu etməyə həvəsli olur. Əminliklə deyə bilərəm ki, hobbilərin içərisində ən əyləncəli hobbi növlərindən biri məhz budur.

Hər birimiz gərginlik içərisində işləyirik və çox zaman bu gərginliyin necə keçirəcəyimiz barədə uzun uzun fikirləşirik. Çox insan bunu harasa gəzintiyə getməklə görür, kimisi dostlarla yemək yeməklə görür, kimisi isə sadəcə evdə sakit qalmaqla. Əmin olun ki, bu hobbi sizə iş gərginliyinizi unutduracaq bununla yanaşı, siz yeni dostlar əldə edəcəksiniz, hətta yaşadığınız ölkənin belə ən gözəl yerlərinə səyahət edəcəksiniz.

 

Hiking-i adi rayon (kənd) turu ilə qarışdırmayın. Adi turlarda siz sadəcə gedib gəzəcəksiniz, yeyib-içəcəksiniz vəssalam geri dönəcəksiniz. Burda isə siz əylənəcəksiniz, yeni dostlar əldə edəcəksiniz, adi gəzintidən fərqli olaraq öz qidanızı özünüzlə aparacaqsınız, yol boyu maraqlı oyunlar oynayacaqsınız, ekstermal anlar yaşayacaqsınız. Hətta özümdən nümunə götürüm elə anlar olub ki, otura-otura dik yerdən aşağı düşmüşəm.

Hiking sizə Azərbaycanın sözdə eşidib, amma görmədiyiniz yerlərini görməyi bəxş edir. Hətta elə yerlər olacaq ki, heç onu ad ilə belə eşitməmisiniz.

Hiking üçün sadəcə bəzi bilməli olduğunuz məlumatlar var ki, bunları əvvəlcədən bilməyiniz sizə əlavə üstünlüklər qazandıracaqdır:

1) Eksterimal anlara hazır olmalısınız;

2) Öz yeməyinizi özünüzlə götürməlisiniz;

3) Bu yeyib-içmək tur növü deyil, yəni əvvəlcədən bu məsələni bilin. Sonra gedib narazılıq etməyin.

4) Qış aylarında qalın geyinməlisiz;

5) Danışıb, deyib-gülən olmağınız isə məsləhətlidir

Azərbaycanda bu turlarla məşğul olan azsayda agentliklər var. Çalışın qoşulmadan öncə şirkətin əvvəlki təşkil etdiyi turlar barədə iştirakçı rəylərini oxuyasınız, həmçinin bu məsələlərdə bələdçinin professionallığı mütləq şəkildə şərtdir. Yoxsa azacaqsınız məndən demək.

Hiking ən gözəl hobbidir. Əgər sınamamısınızsa mütləq sınaqdan keçirin. Həyata bir dəfə gəlirik, anı yaşayın və maraqlı yaşayın!

Xoş hikinglər və xoş günlər

Yenidən görüşməyimiz diləyi ilə. Hələlik dostum!

İlkin Mirzəzadə-Bloqqer