Burger King, krallıq ailəsindən ayrılaraq Kanadaya köçəcəklərini, öz yaşamlarını təmin edəcəklərini açıqlayan şahzadə Harri və həyat yoldaşı Meqan Markle-a iş təklifi edib.
Fins.az xəbər verir ki, marka iş axtaran məşhur cütlüyə təklifini Argentinada sosial media üzərindən təqdim edib və “Əgər iş axtarırsınızsa, sizin üçün yeni bir tacımız var”, - deyib.
Burger King, təklifini isə Argentinanın qəzeti Clarin-də yayımlanan məktubu ilə davam etdirib.
Marka daha əvvəl də cütlüyə Twitter üzərindən səslənmiş və öz krallıqlarında hər zaman iş fürsəti olduğunu demişdi. İş elanı səhifəsini paylaşmışdı.
Reklamverən: Burger King Arjantin
Reklam Agentliyi: HOY
©facemark.az